DİN: Restoranlar bu gündən etibarən saat 22.00-dək işləyə bilər
May 31, 2020 18:16 Asia/Baku
“Bu gündən etibarən bütün restoranlar saat 22.00-dək qədər fəaliyyət göstərə bilər”.
SaharAzeri APA-ya istinadla xəbər verir ki,Bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var: “İctimai iaşə obyektləri saat 22.00-a qədər sosial məsafəni qorumaq şərti ilə fəaliyyət göstərə bilər. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin qərarın icrasına nəzarəti həyata keçirəcək”.