DİN metroda baş verən insidentə aydınlıq gətirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i362608-dİn_metroda_baş_verən_insidentə_aydınlıq_gətirib
Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2020 13:22 Asia/Baku
  • DİN metroda baş verən insidentə aydınlıq gətirib

Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

SaharAzeri APA-ya istinadən xəbər verir:Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sərnişindən bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin  tələbinə olmayaraq mübahisəli vəziyyət yaradıblar, həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir.