Azərbaycanda daha 339 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i362988-azərbaycanda_daha_339_nəfərdə_covid_19_aşkarlanıb_4_nəfər_vəfat_edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2020 15:06 Asia/Baku
  • Azərbaycanda daha 339 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SaharAzeri APA-ya istinadla xəbər verir,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6832, ötən müddət ərzində isə ümumilikdə 356 032 test aparılıb.