Azərbaycan vətəndaşı Ermənistana keçib
https://azeri.sahartv.ir/news/azərbaycan-i363127-azərbaycan_vətəndaşı_ermənistana_keçib
Azərbaycan Respublikasının bir vətəndaşı Ermənistana keçib. O dərhal düşmən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2020 10:34 Asia/Baku
  • Azərbaycan vətəndaşı Ermənistana keçib

Azərbaycan Respublikasının bir vətəndaşı Ermənistana keçib. O dərhal düşmən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

SaharAzeri Sputnik Xəbər Agentliyinə istinadla xəbər verir, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə araşdırma aparmağa başlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsi isə aidiyyəti qurumlarla əlaqə saxlayır.

Xatırladaq ki, Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb.

Həmin şəxs Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin Arequni kəndində bu gün səhər tutulub.  O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.