Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bəyanat yayıb​
https://azeri.sahartv.ir/news/azərbaycan-i363172-azərbaycan_kinematoqrafçılar_İttifaqının_İdarə_heyəti_bəyanat_yayıb
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bir bəyanatda Əbulfəzl Qarayevin Mədəniyyət Nazirliyinə rəhbərliyi dövrünün Azərbaycan kinosu üçün durğunluq dövrü olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2020 12:18 Asia/Baku
  • Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bəyanat yayıb​

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bir bəyanatda Əbulfəzl Qarayevin Mədəniyyət Nazirliyinə rəhbərliyi dövrünün Azərbaycan kinosu üçün durğunluq dövrü olduğunu bildirib.

SaharAzeri Turana istinada xəbər verir,Əbulfəzl Qarayevin illər boyu Azərbaycan Respublikası mədəniyyət naziri vəzifəsində fəaliyyəti müddətində hərhansı etirazdan çəkinən AKİİH hazırkı vəziyyətin əsas səbəbinin Mədəniyyət Nazirliyinin kadr siyasəti olduğunu bildirib:" Dövlətin kino siyasətini həyata keçirən məsul şəxslər özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstərmişlər və bunun nəticəsində Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramının əsasında islahatlar aparmaq mümkün olmamış, dövlət studiyalarının texniki təchizatı formalaşmamış, özəl kino şirkətlərinin inkişafına diqqət ayrılmamış, birgə istehsal dəstəklənməmiş, Eurimages Fonduna üzvlük həyata keçirilməmiş, beynəlxalq nüfuzu olan, Azərbaycan və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında misilsiz rolu olan Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual Festivalı fəaliyyətini dayandırmışdır." AKİİH-in bəyanatında deyilir. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti, öz bəyanatında, Azərbaycan kinosunun düşdüyü acınacaqlı vəziyyətdən xilası üçün bəzi çıxış yolları da təklif etmişdir.