Azərbaycanda koronaya yoluxanların sayı 10 minə çatır
İyun 15, 2020 10:32 Asia/Baku
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 10 minə çatıb.
SəhərAzəri xəbər verir, Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırkı dövrədək ölkədə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Vəziyyətin ağırlaşması ilə 14 iyundan 16 iyunddək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.