Vüsal Qasımlı: "Azərbaycan iqtisadiyyatı bu il 2,6% geriləyəcək"
"Bu il Azərbaycan iqtisadiyyatı 2,6% geriləyəcək"
SəhərAzəri "APA-Economics"ə istinadla xəbər verirm ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və post-pandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan pandemiyanın iqtisadiyyata təsirləri nöqteyi-nəzərdən daha əlverişli vəziyyətdədir:
"Amma bütün hallarda pandemiyanın iqtisadiyyata təsiri qaçılmazdır və bunu hər birimiz öz həyatımızda hiss edirik. Azərbaycanda pandemiya ilə mübarizə sahəsində tədbirlər planı qəbul edilib və bu tədbirlər planının əsas bloku, ilk növbədə, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirməkdən ibarətdir",- deyə V.Qasımlı əlavə edib.