İyun 25, 2020 10:18 Asia/Baku

Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni tip koronavirus ("COVID-19") infeksiyasına yoluxub.

SəhərAzəri Trend-ə istinadla xəbər verir ki, bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir: "COVİD-19 virusuna yoluxan 1 nəfər isə dünyasını dünyasını dəyişib. Həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar. Xəstələrin vəziyyəti ilə "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müntəzəm maraqlanır. Ümumiyyətlə, bu məsələlərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni" QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.

B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:

“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. “COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.

Teqlər