İİR-AR komissiyasının illik iclası keçirilib
İran və Azərbaycan Respublikasının müştərək komissiyasının 49-cu illik iclası Araz çayının enerji və su mənbələrindən istifadə məqsədilə video-konfrans formatında keçirilib.
SəhərAzəri xəbər verir, Bu iclasda cari işlərdən əlavə, daşqınların proqnoz edilməsi, qərarçıxarma sistemlərinin araşdırılması və icrası barədə qərarlar çıxarılıb.
Həmçinin qərara alınıbdır ki, bu araşdırmaların nəticələri iki ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçiriləcək Araz və Mil-Muğan su bəndlərindən dostcasına bəhrələnmənin 50-ci ildönümü şənliyində təqdim olunsun.
İran və Azərbaycan Respublikasının müştərək komissiyası illik formada İranın Şərqi və Qərbi Azərbaycan, həmçinin Ərdəbil vilayətlərinin regional su şirkətlərinin qorunması və istismarı üzrə sədr müavinləri və onların Azərbaycan Respublikasından olan həmkarlarının iştirakı ilə Bakı və Naxçıvanda keçiriləcək.
Bu iclasda həmçinin İran və Azərbaycan Respublikasının, ekoloji su haqlarına riayətlə müştərək su bəndləri məkanında və suyun götürülməsi üzrə digər nöqtələrdə Araz çayından ədalətli surətdə istifadə proqramı işlənib hazırlanacaqdır.