İyul 03, 2020 13:26 Asia/Baku
  • AR-də anti-İran təbliğatlar rədd edilib

Azərbaycan Respublikası prezidenti anti-İran təbliğatları rədd edərək, Qarabağ münaqişəsi zamanı Azərbaycan Respublikası ərazilərinin erməni qüvvələr tərəfindən işğalını AXCP-nin təxribatçı fəaliyyətinin nəticəsi adlandırıb.

SaharAzeri xəbər verir, Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu ölkədə yeni kazarmanın açılışı mərasimində bəzi anti-İran və qərbyönlü siyasi dairələrin Qarabağ münaqişəsi zamanı Şuşanın işğal edilməsində İranın rolu barədəki iddialarını rədd və qeyd edib ki, Xalq Cəbhəsi ozamankı hökuməti devirmək və hakimiyyətə çatmaq üçün Şuşanı ermənilərə təhvil verdi.

Bəzi anti-İran və qərbyönlü siyasi dairələr, o sıradan Xalq Cəbhəsi və Müsavat-ın  tərəfdarları, həmçinin onların tabeliyində olan digər siyasi qruplar vaxtaşırı qərəzli mətləblər irəli sürərək, İranı Qarabağ münaqişəsi zamanı Şuşanın işğal edilməsinin amili kimi qələmə verməyə can atırlar.

O zaman AXCP-nin sədri bu ölkənin ikinci prezidenti, Elçibəy ləqəbli Əbulfəz Əliyev idi.

Teqlər

Şərhlər