Azərbaycan Ordusunun yaralanmış hərbçilərinin durumu barədə məlumat
Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini kobud pozmasının qarşısını alarkən yaralanan Azərbaycan respublikası Ordusu hərbçilərinin müalicəsi davam etdirilir.
SəhərAzəri yerli medianın bu barədə “Real" televiziyasının yaralıların müalicə aldığı hospitaldadan hazırladığı reportaja istinadla xəbər verir.
Həmin məlumata görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: “Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi daimi hərbçilərin vəziyyəti ilə maraqlanır”.
Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov isə qeyd edib ki, yaralıların tez zamanda cəbhəyə qayıtmaq arzuları var: "Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar".
Məlumata görə, Yaralı əsgərlər sağalan kimi cəbhəyə, yoldaşlarının sıralarına qayıtmaq istədiklərini qeyd ediblər.