Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i364655-azərbaycan_iqtisadiyyatı_2_7_kiçilib
Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2020 12:00 Asia/Baku
  • Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib

Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

SəhərAzəri - Report, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən 2,5% azdır.

Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.