Azərbaycan Respublikasının hərbi rəsmisi Türkiyənin müdafiə naziri ilə görüşüb
Ermənistanla Azərbaycan Respublikası arasında sərhəd gərginliyinin yenidən başlanması ilə bir zamanda Azərbaycan Respublikasının hava qoşunlarının komandanı Türkiyəyə səfər edib.
SəhərAzəri xəbər verir, Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün Ankarada Azərbaycan Respublikasının hava qoşunlarının komandanı Ramiz Tahirovu qarşılayıb və bu ölkə ilə Ermənistan arasındakı son gərginlik barədə onunla məşvərət edib.
Türkiyənin müdafiə naziri Azərbaycan Respublikasına dəstəyin davamına təkidlə bildirib ki, Azərbaycan Respublikası sərhədlərinə hərbi hücumları şiddətləndirmək Ermənistana baha başa gələcək.
Ermənistan ordusu iyulun on üçündə Tovuz sərhəd bölgəsində Azərbaycan Respublikasının mövqelərinə qarşı artilleriya hücumları edib. Lakin tələfata səbəb olan bu ölkə ordusunun qarşılıqlı cavabı ilə geri çəkilibdir.