"Azərbaycanlı generalın öldürülməsi Ermənistanın işi deyildi"
https://azeri.sahartv.ir/news/azərbaycan-i364868-azərbaycanlı_generalın_öldürülməsi_ermənistanın_işi_deyildi
Sabiq korpus komandiri Tovuz cəbhəsində general-mayor Polad Həşimovun şəhid edilməsində kənar qüvvələrin rol oynadığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2020 03:31 Asia/Baku

Sabiq korpus komandiri Tovuz cəbhəsində general-mayor Polad Həşimovun şəhid edilməsində kənar qüvvələrin rol oynadığını bildirib.

SəhərAzəri xəbər verir, General-leytenant Yaşar Aydəmirov mediaya bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi. Çünki Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur.

Bununla yanaşı Y.Aydəmirov deyib: "Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir."

“Polad Həşimov unikal zabit idi”-deyən Y.Aydəmirov vurğulayıb ki, Azərbaycanda ordusunda belə generallar çoxdur.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı 6 hərbi qulluqçu ilə birlikdə şəhid olub.