İyul 20, 2020 04:17 Asia/Baku
  • Azərbaycanın sabiq dövlət müşaviri: Qarabağda əməliyyatlara başlamaq olar

Azərbaycan Respublikasının sabiq dövlət müşaviri Qarabağda hərbi əməliiyatların başlanmasını məqsədəuyğun sayıb.

SəhərAzəri xəbər verir, Qabil Hüseynli Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin “Hərbi fəaliyyətlər istənilən an Qarabağa keçə bilər” sözlərini şərh edərkən deyib: “Bu gün Tovuz istiqamətində gedən döyüşlərin başlıca səbəbi münaqişəni Dağlıq Qarabağ kontekstindən çıxarmaq, bu ərazini Azərbaycanın hərbi əməliyyat dairəsindən kənarda tutmaqdır. Lakin bir reallıq var ki, Azərbaycan işğalçı ilə bundan sonra asanlıqla danışıqlar masasına oturmayacaq və ən əsası da hər an münaqişəni lokal müstəvidə Qarabağ cəbhəsinə keçirə bilər”.

Politoloq deyib ki, Ermənistan təxribatının qarşısını almaq üçün hərbi təzyiqləri artırmaq lazımdır. Bu gün ölkədə böyük bir döyüş ab-havası var. Lakin yekun qərar yenə Ali Baş Komandanındır və bu əmri gözləyirik. Şübhəsiz, bu gün Tovuz istiqamətində davam edən erməni təxribatının qarşısını bir yolla almaq olar. Qarabağ cəbhəsində təzyiqi artırıb, əks hücum əməliyyatı ilə Ermənistanı Tovuz istiqamətindən uzaq tutmaq olar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Tovuzu istənilən halda müdafiə etmək imkanlarına sahibdir. Lakin Ermənistan həm Tovuz istiqamətində təxribat edib, eyni zamanda, Dağlıq Qarabağı müdafiə edə bilməyəcəkdir.

Teqlər