Azərbaycan MN: Düşmənə zərbə endirmək iqtidarındayıq
Azərbaycan MN: Düşmənə zərbə endirmək iqtidarındayıq
Azərbaycan ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır
SəhərAzəri-nin bildirdiyinə görə bunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkə ordusunun Ermənistan müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirməyə qadir olduğunu bildirib.
"Azərbaycan Respublikası Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna 300 min dollar dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyil".
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında sonra deyilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur:
Bəyanatda sonra deyilir: O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və “Qrad” yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Respublikası Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Respublikası Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub.