Avq 02, 2020 22:06 Asia/Baku
  • Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir

Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildiribdir ki, təlimlərin bu etapında hərbi təyyarələr, qırıcılar və vertolyotlar taktiki uçuşlarla Azərbaycan Respublikası və Türkiyə ordularının quru bölmələrinin Naxçıvan Muxtar Respublikasına girişlərinə dəstək veriblər.

İyulun 29-dan başlanan Azərbaycan Respublikası-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri hərbi təyyarələrdən istifadə ilə avqustun onunadək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda davam edəcək.

Həmçinin bu təlimlərin Azərbaycan Respublikası və Türkiyə ordularının quru bölmələrinin iştirakı ilə avqustun beşinədək Bakı və Naxçıvanda keçirilməsi planlaşdırılıb.

Azərbaycan Respublikası və Türkiyə qüvvələrinin hərbi təlimləri Ermənistan və Azərbaycan Respublikası qüvvələrinin Tovuz sərhəd bölgəsindəki hərbi döyüşlərindən iki həftə sonra keçirilir. Həmin döyüşlərdə hər iki tərəf tələfat verib və iki ölkənin yaşayış massivlərinə xəsarətlər dəyibdir.

Ermənistan və Azərbaycan Respublikası arasında gərginlik və döyüşlərin baş verməsinin ardınca Türkiyə bildiribdir ki, Bakının kənarında durub və bu ölkəyə hər cür hərbi köməyi əsirgəməyəcəkdir.

Teqlər

Şərhlər