Azərbaycanda bir gündə 226 nəfər COVID-19-ə yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i365497-azərbaycanda_bir_gündə_226_nəfər_covid_19_ə_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2020 13:15 Asia/Baku
  • Azərbaycanda bir gündə 226 nəfər COVID-19-ə  yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

Image Caption