Sionist İsrailin Azərbaycanı İranın əleyhinə plasdarma çevirmək niyyəti-Təfərrüat
Sionist İsrailin Azərbaycanı İranın əleyhinə plasdarma çevirmək niyyəti-Təfərrüat
Sionist İsrail rejiminin Azərbaycanla bağlı məşum planları və bu ölkəni faktiki olaraq İran İslam Respublikasına qarşı plasdarma çevirmək niyyətləri barədə yeni detallar üzə çıxıb.
Səhər Azəri bildirir ki, Azərbaycanla İran arasında mümkün qədər məsafə yaratmaq qondarma rejimin mətbu orqanlarında öz əksini tapmaqdaır.
Jerusalem Post qəzetində Aleksander Qoldenstayn adlı yazarın məqaləsində deyilir: Açıq danışaq, İran – İsrail üçün real təhdiddir. İran İsraili məhv etməyə çağırır. İkinci Holokost İran rəhbərliyinin əsl istəyidir. Ayətullah rejimi İsraili və Azərbaycanı daha da yaxınlaşdırıb və bu ölkələri təbii müttəfiq edib, çünki hər ikisi İranı ekzistensial təhlükə kimi görür. Nəticədə, Azərbaycan yəhudi dövləti ilə münasibətləri möhkəmləndirməkdə çox maraqlıdır.
Sionist köşə yazarı həmin məqalədə vurğulayır: “Çiçəklənən və təhlükəsiz Azərbaycan təkcə İsrailin səmərəli iqtisadi tərəfdaşı deyil, həm də Tehrandakı gözlərimiz və qulaqlarımızdır.”
Müəllif qeyd edir ki, həmişə olduğu kimi, İsrail regional çevrəsində qeyri-ərəb dostluq əlaqələrini inkişaf etdirir. İran şahın dövründə İsrailin açıq-aşkar müttəfiqi idi. Türkiyə, bölgədəki ən böyük dostlarımızı – Yunanıstan və Kipri xatırlamasaq, – İsrailin çox vacib tərəfdaşı idi və hələ də qalır. Kiçik ölkələrin əldə edə biləcəyi qədər müttəfiqə ehtiyacı var və Azərbaycan şübhəsiz vacib müttəfiqdir.
Müəllif sonda tövsiyə edir ki, həm İsrail, həm də Azərbaycan Respublikası İranı yaxından izləməlidir; ikisinin bölüşəcəyi şeylər var.
Herb Kenyon adlı digər bir sionist yazar isə Jerusalem Post üçün yazdığı geniş məqalədə İsrail-Azərbaycan əlaqələrində İran faktorundan bəhs edib.
Məqalədə deyilir: İsrailin Azərbaycanla mühüm strateji münasibətləri var. O, ilk növbədə, İranla sərhəddə yerləşir, eyni zamanda, İsrailin neft ehtiyacının təqribən 40%-ini təmin edir və İsrailin aparıcı silah alıcılarından biridir.
Milli Təhlükəsizlik Şurası başçısının keçmiş müavini və hazırda Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun vitse-prezidenti olan Eran Lerman deyib:“Biz İranla bağlı böyük bir problemlə üzləşirik. Azərbaycan buna görə bizim üçün vacibdir və o, İsrail üçün bir sıra qərarlar qəbul edib, bu, asan iş deyil”.
Lermanın sözlərinə görə, Azərbaycan İsrail üçün çox vacibdir: “Ermənistan dost olmalıdır, ermənilərlə heç bir mübahisəmiz yoxdur. Ancaq Azərbaycan İsrail üçün çox böyük strateji əhəmiyyətə malikdir, coğrafi mövqeyinə görə, üstəlik, İran xalqının 25%-i azərbaycanlıdır”.
“Wikileaks”-in açıqlamasına əsasən, Vaşinqtonun Bakıdakı səfirliyindəki siyasi-iqtisadi məsləhətçisi Rob Qaverikin 2009-cu il diplomatik kanalla göndərdiyi teleqramda İsrailin maraqlarını daha yaxşı ifadə edir. O yazır: “İsrailin Azərbaycanla münasibətləri güclü praqmatizm və prioritetlərin yüksək qiymətləndirməsinə əsaslanır. İsrailin əsas məqsədi Azərbaycanı İrana qarşı müttəfiq, kəşfiyyat platforması və hərbi təchizat bazarı olaraq qorumaqdır”.
Azərbaycan İsrail üçün nə dərəcədə vacibdir? 2012-ci ildə o zamankı xarici işlər naziri Aviqdor Liberman “Azərbaycan İsrail üçün Fransadan daha vacibdir” deyib. O zaman həqiqət olan bu gün də eyni dərəcədə doğrudur. Bu həm də o deməkdir ki, o, İsrail üçün Ermənistandan daha vacibdir. Çünki İsrail İranın şimal sərhəddində bir dost və bir neft tədarükçüsü tapıb və Azərbaycan silah embarqosuna görə Qərbdən satın ala bilmədiyi keyfiyyətli silahlara sahib olur. Vaşinqtondakı yəhudi qrupları vasitəsi ilə Konqresə və ABŞ administrasiyasına yol tapır. Ermənilərin Vaşinqtonda çox güclü lobbisi var, azərbaycanlıların yoxdur və illər ərzində Vaşinqtondakı yəhudi qruplarına kömək üçün müraciət edib- deyə Herb Kenyon adlı sionist jurnalist öz məqaləsini yekunlaşdırır.
Azərbaycan Respublikasının rəsmi orqanları sionistlərin müsəlman ölkəsindən necə öz çirkin maraqları üçün və İranın əleyhinə faydalandlqlarına dair açıq etiraflarına hələ ki münasibət bildirməmişlər.