Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür
https://azeri.sahartv.ir/news/azərbaycan-i366342-füzuli_və_cəbrayıl_rayonlarının_işğalından_27_il_ötür
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2020 03:48 Asia/Baku
  • Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür.

Səhər Azəri bildirir ki, Azərbaycan Respublikasının Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib.

Ümumi sahəsi 139 393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.