Azərbaycan MN: Ermənistan atəşkəsi pozub
https://azeri.sahartv.ir/news/azərbaycan-i366925-azərbaycan_mn_ermənistan_atəşkəsi_pozub
"Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub."
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2020 06:58 Asia/Baku
  • Azərbaycan MN: Ermənistan atəşkəsi pozub

"Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub."

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycan MN-in verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən Azərbaycan silahlı qüvvələrinin mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.