Sen 10, 2020 09:12 Asia/Baku
  • Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb

Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. 
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. 

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib.

Bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Teqlər