Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ müharibəsi ilə bağlı ortaq bəyanatı
https://azeri.sahartv.ir/news/azərbaycan-i367897-rusiya_abŞ_və_fransanın_dağlıq_qarabağ_müharibəsi_ilə_bağlı_ortaq_bəyanatı
Rusiya, ABŞ və Fransa prezidentləri birgə bəyanat yayaraq Dağlıq Qarabağdakı müharibəyə dərhal son qoyulmasını istəyiblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 01, 2020 19:40 Asia/Baku
  • Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ müharibəsi ilə bağlı ortaq bəyanatı

Rusiya, ABŞ və Fransa prezidentləri birgə bəyanat yayaraq Dağlıq Qarabağdakı müharibəyə dərhal son qoyulmasını istəyiblər.

SəhərAzəri xəbər verir, Sputnik-in verdiyi məlumata görə, Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Donald Tramp və Emmanuel Makron, Dağlıq Qarabağdakı müharibəyə dərhal son qoyulmasını tələb edən ortaq bir bəyanat yayıblar.
Rusiya, ABŞ və Fransa liderləri bu bəyanatda, Dağlıq Qarabağ bölgəsindəki gərginliyin artmasını kəskin şəkildə qınayaraq, Ermənistan və Azərbaycan liderlərini dərhal və heç bir şərt qoymadan danışıqları bərpa etməyə çağırıblar.