Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət edib
Azərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı törətdiyi hərbi cinayətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu gün Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq, bir daha öz acizliyini nümayiş etdirərək münaqişə zonasından uzaqda yerləşən 500 minlik əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutub: “Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb və tarixi abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə edib”.
Müraciətdə nəzərə çatdırılır ki, Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildiririk.