Azərbaycan Respublikasının müdafiə naziri:
"Azərbaycan “İsgəndər”lərə cavab verməyə hazırdır"
"Düşmən “İsgəndər” raket komplekslərindən istifadə edərsə, adekvat tədbir görüləcək". Bunu Azərbaycan Respublikasının müdafiə naziri deyib.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, Oktyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə cəbhədəki son vəziyyət təhlil olunub və Azərbaycan Respublikasının müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib”, deyə məlumatda qeyd edilir.
Rusiya istehsalı olan “İsgəndər-E” raket kompleksi Ermənistan tərəfin ən güclü silahıdır və o, dəfələrlə bu silahdan istifadə edəcəyi ilə hədələyib. Böyük dağıdıcı qüvvəyə malik olan raketlərin uçuş məsafəsi 280 km-ə qədər çatır