Azərbaycan Respublikasında koronavirusa daha 584 nəfər yoluxub
Okt 20, 2020 23:21 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 45 879 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.