Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb
Okt 21, 2020 10:35 Asia/Baku
Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb
SəhərAzəri APA-ya istinadla xəbər verir ki, ASC-dən verilən məlumata görə,“Azərenerji” ASC Azərbaycanın işğaldan azad edilən və ediləcək rayonlarında yeni 110 kVt-lıq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.
ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kVt-lıq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.
Teqlər