Azərbaycan Respublikasında koronavirusa daha 792 nəfər yoluxub
Okt 24, 2020 18:30 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 49 013 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.