Okt 26, 2020 09:25 Asia/Baku

Azərbaycan Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir".

SəhərAzəri APA-ya istinadla xəbər verir, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb: "Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir. 

Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır".

Teqlər