Üçtərəfli bəyanatın əsas müddəaları
Noy 10, 2020 06:24 Asia/Baku
Bəyanatın əsas müddəaları: Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək, Laçın rayonu isə dekabrın 1-dək Azərbaycan qaytarılır
SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılmalıdır. bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanatın 2-ci bəndində bildirilir.
Bəyanatın 6-cı bəndinə görə isə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır.