Noy 10, 2020 20:46 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 1346 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 9 592 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 67 min 392 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 50 min 9 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16 516 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 9 592, hazırkı dövrədək isə 1 457 177 test aparılıb.

Teqlər