Şuşada Azərbaycan Respublikası polis idarəsi yaradılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i369515-Şuşada_azərbaycan_respublikası_polis_idarəsi_yaradılıb
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi azad edilmiş Şuşa şəhərində polis idarəsi yaradıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2020 04:56 Asia/Baku
  • Şuşada Azərbaycan Respublikası polis idarəsi yaradılıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi azad edilmiş Şuşa şəhərində polis idarəsi yaradıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat şöbəsinin müdiri Ehsan Zahidov deyib: Şuşa şəhərinin polis idarəsinin işçiləri Ermənistanın işğalından yenicə azad edilmiş bu şəhərdəki öz xidmət məkanında yerləşiblər və Şuşa şəhərinin polis rəisi bölgənin müvəqqəti icra başçısı kimi də fəaliyyət göstərəcəkdir.

Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun sözlərinə görə, bu ölkə prezidentinin işğaldan yenicə azad edilmiş bölgələrdə müvəqqəti idarə və icra sisteminin yaradılmasına dair göstərişinə əsasən, digər şəhər və bölgələrdə də polis idarələrinin yaradılması başlanıbdır.

Şuşa Qarabağ bölgəsinin ikinci mühüm şəhəridir.