Azərbaycanda bu gündən noyabrın 23-dək ictimai nəqliyyat işləməyəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i369829-azərbaycanda_bu_gündən_noyabrın_23_dək_ictimai_nəqliyyat_işləməyəcək
Bu gündən noyabrın 23-ü saat 06:00-dək bütün Azərbaycan ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2020 02:14 Asia/Baku
  • Azərbaycanda bu gündən noyabrın 23-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən noyabrın 23-ü saat 06:00-dək bütün Azərbaycan ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək Azərbaycan Respublikasında ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2020-ci il 28 dekabr saat 06:00-dək dayandırılıb.