Bölgədə ümidverici şərait yaranıb
Azərbaycan Respublikasının prezidenti deyib: Bölgədə yeni və son dərəcə ümidverici şərait yaranıb; əminəm ki, müsbət proseslər artacaqdır.
SəhərAzəri xəbər verir, İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyətilə görüşdə Qarabağda müharibəyə son qoyulması və atəşkəsin bərqərar edilməsinə dair Azərbaycan Respublikası və Rusiya prezidentləri, həmçinin Ermənistan baş nazirinin üçtərəfli bəyanatının, eləcə də bu bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin araşdırılacağını bildirib. Qeyd edib ki, bölgədə müsbət proseslər artacaqdır.
O, sonra deyib: Azərbaycan Respublikası və Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli bəyanatı bölgədə stabil və uzunmüddətli sülhün bərqərarı istiqamətində atılan mühüm addım idi və Rusiya prezidenti Vladimir Putinin bu sahədə mühüm rolu olubdur.
Azərbaycan Respublikasının prezidenti söyləyib: Əlbəttə, bölgəmizdəki ölkələr də təhlükəsizliyin gücləndirilməsində başlıca rola malik olmalıdırlar.
Rusiyanın xarici işlər naziri də özünün və onu müşüyiət edən nümayəndə heyətinin səfərini, Rusiya prezidentinin 9 noyabr üçtərəfli tarixi razılaşmanın icrası üzrə səylərə fəal dəstək verməsinin göstəricisi, eləcə də Moskva-Bakı həmkarlıqlarının xüsusi strateji önəminə bir təkid adlandıırb.
Azərbaycan Respublikasının Qarabağda müharibənin bitməsi və atəşkəsin bərqərarı üzrə üçtərəfli bəyanata dəstək üzrə mövqeyinə görə təşəkkür edən Lavrov deyib: Bəziləri əldə olunmuş razılaşmanı bölgədə qan axıdılmasına son qoyulması və sülhün bərqərarı cəhətdən deyil, geopolitik oyun kimi şərh etməyə çalışdılar ki, belə bir münasibət müasir dünyanın tələblərilə uyuşmur.