Bu gündən dekabrın 7-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyat işləməyəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i370423-bu_gündən_dekabrın_7_dək_azərbaycan_respublikası_ərazisində_ictimai_nəqliyyat_işləməyəcək
Bu gündən dekabrın 7-si saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2020 03:05 Asia/Baku
  • Bu gündən dekabrın 7-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən dekabrın 7-si saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2020-ci il 28 dekabr saat 06:00-dək dayandırılıb.