Dek 05, 2020 18:44 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 4 323 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 20 778 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 142 min 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 min 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 20 778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

Teqlər