Bu gün Bakıda “Zəfər paradı” keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i370617-bu_gün_bakıda_zəfər_paradı_keçirilir
Bu gün Azərbaycan Respublikasında II Qarabağ müharibəsində qələbə həsr olunmuş hərbi parad keçirilir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 10, 2020 06:32 Asia/Baku
  • Bu gün Bakıda “Zəfər paradı” keçirilir

Bu gün Azərbaycan Respublikasında II Qarabağ müharibəsində qələbə həsr olunmuş hərbi parad keçirilir.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyirlər.

Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Paradda Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.