Bu gündən Azərbaycan Respublikasında ictimai nəqliyyat işləməyəcək
Dek 12, 2020 04:38 Asia/Baku
Azərbaycan Respublikası ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
SəhərAzəri xəbər verir, bu gündən dekabrın 14-ü saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərara əsasən, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.
Teqlər