Dek 19, 2020 10:43 Asia/Baku
  • Azərbaycan-Rusiya quru sərhədi martın 1-dək bağlı qalacaq

Azərbaycan Respublikasının Moskvadakı səfirliyi ölkəsinin 2021-ci il martın 1-dək Rusiya ilə quru sərhədini bağlayacağını açıqlayıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin açıqlamasına əsasən, bu qərar Rusiya və Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən verilib.

koronavirus pandemiyasının əvvəlindən bəri Azərbaycan Respublikasında Covid-19 infeksiyasına təxminən 195 min yoluxma faktı qeydə alınıb.

Həmçinin dekabrın 14-dən bütün Azərbaycan Respublikasında sərt karantin rejimi tətbiq olunub ki, ona əsasən, ərzaq mağazaları və apteklər istisna olmaqla restoran, kafe və pərakəndə satış mərkəzləri gələn ilin 18 yanvar tarixinədək bağlı olacaq.

Azərbaycan Respublikasının 17 mühüm şəhər və rayonlarına, o cümlədən bu ölkə paytaxtı Bakıya giriş-çıxış məhdudiyyəti tətbiq olunacaq.

Rusiyada da koronavirusa yoluxanların sayı təxminən 2 milyon 800 min nəfərə çatıbdır.

Teqlər