Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı qərar verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i371615-azərbaycanın_vurduğu_rusiya_hərbi_helikopteri_ilə_bağlı_qərar_verilib
9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2021 06:55 Asia/Baku
  • Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı qərar verilib

9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb.

SəhərAzəri Publik-ə istinadən xəbər verir, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib.

Qeyd edək ki, olaydan sonra Azərbaycan Respublikası Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu.