Erməni təşkilatı Azərbaycanın ABŞ-dakı səfirini təhdid edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i372679-erməni_təşkilatı_azərbaycanın_abŞ_dakı_səfirini_təhdid_edir
Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2021 07:57 Asia/Baku
  • Erməni təşkilatı Azərbaycanın ABŞ-dakı səfirini təhdid edir

Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, Az. R. və habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

“ANCA rəsmi twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin Az. R  və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub”, - məlumatda bildirilib.