Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i372685-azərbaycan_respublikası_və_rusiyanın_xarici_işlər_nazirləri_arasında_telefon_danışığı_olub
Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub; Tərəflər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıqların genişləndirilməsi vacibliyini vurğulayıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 30, 2021 11:54 Asia/Baku
  • Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub; Tərəflər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıqların genişləndirilməsi vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağda atəşkəslə bağlı əldə edilən üçtərəfli bəyanatın icrasını və Bakı-Moskva əməkdaşlıqlarını müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası və Ermənistan Qarabağda həftələrlə davam edən döyüşlərdən sonra Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-da atəşkəslə bağlı saziş imzalayıblar. 

Rusiya atəşkəsə nəzarət etmək üçün öz sülhməramlı qoşunlarını Qarabağ bölgəsinə və təmas xətləri boyunca yerləşdirib.