Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozub
https://azeri.sahartv.ir/news/azərbaycan-i372800-ermənistan_silahlı_qüvvələri_qazax_istiqamətində_atəşkəsi_pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikası ilə dövlət sərhədində atəşkəs rejimini pozublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2021 06:50 Asia/Baku
  • Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikası ilə dövlət sərhədində atəşkəs rejimini pozublar.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata əsasən, 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.