Azərbaycan Respublikasında koronavirus xəstələrinin sayında artım
Azərbaycan Respublikasında daha 140 nəfər koronavirusa yoluxub.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının nazirlər kabinetinin yanında operativ qərargah bildirib ki, bu miqdarda insanın yoluxması ilə həmin ölkədə koronavirus xəstələrinin sayı 231 min 649 nəfərə çatıb.
Həmçinin koronavirus nəticəsində daha üç nəfərin ölümü ilə Azərbaycan Respublikasında koronavirus qurbanlarının sayı üç min 170 nəfərə çatıb.
205 koronavirus xəstəsinin sağalanlar sırasına qatılması ilə Azərbaycan Respublikasında koronavirusdan sağalanların sayı da 226 min 119 nəfər olubdur.
Hal-hazırda iki min 360 koronavirus xəstəsi də Azərbaycan Respublikasının xəstəxanalarında yatır.
Azərbaycan Respublikasında indiyədək iki milyon 478 min 223 koronavirus testi həyata keçirilib.