BP və tərəfdaşları indiyədək Azərbaycanda sosial layihələrə 90 mln. dollar xərcləyiblər
BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 mln. ABŞ dollarından çox sərmayə qoyublar.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, ötən 28 il ərzində BP, və tərəfdaşları Az. R-da çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.
Məlumata görə, 2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 mln. dollardan çox vəsait xərcləyib.
Bundan əlavə, 2020-ci ildə təkcə BP, Az. R-da müxtəlif sosial layihələr çərçivəsində 4,2 mln. dollardan çox sərmayə qoyub. Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 mln. dollar həcmində töhfəsi də daxildir.
Emil İsmayılov