Ankara ilə Bakı arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Türkiyənin ticarət naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri halal akkreditasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
SəhərAzəri xəbər verir, sazişə Ankara şəhərində Ruhsar Pekcan və Mikayıl Cabbarov imza atıblar.
Bu sazişin imzalanması ilə Türkiyənin halal akkreditasiya agentliyi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu sahədə əməkdaşlıq edəcəklər.
Qeyd olunan agentlik bir bəyanatda bu sazişin imzalanmasından məmnunluq ifadə edərək, bildirib ki, öz təcrübələrini Azərbaycan Respublikasının əlaqədar orqanları ilə bir araya qoyacaq və bu ölkənin keyfiyyətli halal infrastrukturlarının gücləndirilməsi üzrə fəaliyyətlərinə dəstək verəcək.
Türkiyənin halal akkreditasiya agentliyi halal sertifikatlar verir.