Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyəyə gedir
https://azeri.sahartv.ir/news/azərbaycan-i373592-azərbaycan_respublikasının_xarici_işlər_naziri_türkiyəyə_gedir
Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyəyə səfər edəcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 22, 2021 15:33 Asia/Baku
  • Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyəyə gedir

Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyəyə səfər edəcək.

SəhərAzəri xəbər verir, Ceyhun Bayramov sabah Ankarada keçiriləcək Azərbaycan Respublikası, Türrmənistan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyəyə səfər edir.

Bu üç ölkənin xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü qarşılıqlı maraqlara əsaslanan regional əməkdaşlıq və məsləhətləşmə strategiyasını təsbit etmək məqsədi ilə 2014-cü il mayın 26-da Bakıda keçirilmişdir.