Mart 02, 2021 18:40 Asia/Baku
  • Çavuşoğlu Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşdə Ankaranın Qarabağda zərər çəkmiş mədəniyyət abidələrinin bərpasına səy göstərdiyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla görüşdə bu yardımların YUNESKO kimi beynəlxalq təşkilatların tapşırıqları istiqamətində olduğunu deyib.

Belə bir halda, Türkiyə hökuməti bundan öncə bu ölkənin müxtəlif bölgələrində bir neçə yüzillik keçmişə malik olan bəzi erməni kilsələrini, istifadə formasını dəyişərək, satıb və ya dağıdıbdır. Türkiyənin bu hərəkəti Ermənistan xalqının və bu ölkənin bəzi rəsmilərinin reaksiyalarına səbəb olubdur.

Türkiyə milli hərəkət partiyasının lideri Dövlət Baxçeli də bundan öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə ondan, Qarabağda bir neçə məktəb tikməklə türk millətçi və təlim ideyalarını yaymaq üçün icazə istəmişdi.

Teqlər