İlham Əliyev: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir”
Az. R. Prezidenti İlham Əliyev: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir”
SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib : “Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir”.
İlham Əliyevın sözlərinə görə, son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi