"AstraZeneca" peyvəndinin Azərbaycana nə vaxt gətiriləcəyi açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i374067-astrazeneca_peyvəndinin_azərbaycana_nə_vaxt_gətiriləcəyi_açıqlanıb
Azərbaycan COVAX-ın peyvənd paylanmasının ilk mərhələsinə daxil edilib və bu çərçivədə ölkəyə 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2021 11:09 Asia/Baku

Azərbaycan COVAX-ın peyvənd paylanmasının ilk mərhələsinə daxil edilib və bu çərçivədə ölkəyə 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb.

SəhərAzəri xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki,  paylanmanın ilkin tarixləri iki mərhələyə bölünüb: Fevral-mart və aprel-may ayları. Ölkələrə göndərilmə tarixləri barədə ətraflı məlumat növbəti həftəyədək veriləcək.

“COVAX "AstraZeneca" da daxil olmaqla "Pfizer-BioNTech" və digər peyvəndlərin mümkün qədər tez çatdırılmasını təmin etmək üçün lazımi tədbirlərlə bağlı bütün ölkələrlə əməkdaşlığa davam edəcək”, - deyə nümayəndəlikdən bildirilib.